Özbəkistanın mədəniyyət nazirindən Füzulidə tikilən məktəblə bağlı AÇIQLAMA

Özbəkistanın mədəniyyət nazirindən Füzulidə tikilən məktəblə bağlı AÇIQLAMA

Hazırda oxunan: Özbəkistanın mədəniyyət nazirindən Füzulidə tikilən məktəblə bağlı AÇIQLAMA

149175

Özbəkistan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Füzuli rayonunda müasir məktəb inşası həyata keçirilir. Məktəbin inşası yaxın zamanlarda başa çatacaq və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində məktəbin açılış mərasimi keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov deyib.

Nazirin sözlərinə görə, bu məktəbin tikintisi Özbəkistan dövlətinin Azərbaycana bir dəstəyi kimi qəbul olunur. 

“Ümid edirik ki, məktəbin şagirdləri bizim ölkələrin dostluğunda xüsusi rol oynayacaqlar. Məktəbin inşası Özbəkistanın Azərbaycana olan dostluq, qardaşlıq münasibətinin göstəricisidir”,- deyə O.Nazarbekov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO