Müharibədə ölən atasının pankartını görən ukraynalı uşağın DUYĞUSAL ANLARI - FOTO/VİDEO

Müharibədə ölən atasının pankartını görən ukraynalı uşağın DUYĞUSAL ANLARI - FOTO/VİDEO

Hazırda oxunan: Müharibədə ölən atasının pankartını görən ukraynalı uşağın DUYĞUSAL ANLARI - FOTO/VİDEO

148817

Ukraynalı uşaq küçədə gedərkən müharibədə həlak olan atasının şəkli olan pankartı görüb.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər "24 kanal" nəşrində yer alıb.

Videoda uşaq bir nəfərlə gedərkən atasının şəklini görür və qaçaraq pankarta yaxınlaşır, əlləri ilə onun üzünü oxşayır.

Pankartda 38 yaşlı atası Oleksey Yaninin Xmelnitski vilayətində doğulduğu və ötən il aprelin 7-də Mariupol uğrunda döyüşlərdə həlak olduğu yazılıb. 

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı işğala başlayanda Yanin ölkənin şərqində olub. Hələ 2014-cü ildə idmançı könüllü olaraq Ukrayna Silahlı Qüvvələrində xidmətə başlayıb. Sonradan o, dörd il xidmət etdiyi "Azov" alayının sıralarında ölkəni müdafiə edib. 2020-ci ilin iyulunda ikinci dəfə "Azov"un sıralarına qatılıb. 

Oleksey aprelin 6-dan 7-nə keçən gecə Mariupol uğrunda gedən döyüşlərdə həlak olub.

O, 21 yaşında tay boksu ilə məşğul olmağa başlayıb. Bundan əvvəl 9 yaşından boks məşqlərinə gedib. Yanin kikboksinq üzrə Ukrayna çempionu adını qazanıb.

"Myay tay" döyüş növləri üzrə dünya çempionatının ən yaxşısı olub.

Ukrayna qəhrəmanının həyat yoldaşının adı Tamara və pankarta doğru qaçan oğlunun adı isə Nazariydir.
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO