Sürix-Honkonq reysini yerinə yetirən təyyarə Bakı aeroportuna təcili eniş edib

Sürix-Honkonq reysini yerinə yetirən təyyarə Bakı aeroportuna təcili eniş edib

Hazırda oxunan: Sürix-Honkonq reysini yerinə yetirən təyyarə Bakı aeroportuna təcili eniş edib

148134

"Cathay Pacific" aviaşirkətinin Sürix-Honqkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. 

Bu barədə Bizim.Media-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib. 

Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (ürək tutması). 

"Airbus A350" təyyarəsi yerli vaxtı ilə saat 21:29-da Bakı hava limanında uğurla eniş edib. 

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO