PKK-nın liderlərindən biri İraqda zərərsizləşdirildi

Hazırda oxunan: PKK-nın liderlərindən biri İraqda zərərsizləşdirildi

146503

Türkiyə komandoları İraqın şimalında terror təşkilatı PKK-nın Əvasin əyaləti adlanan hökumətinin üzvü terrorçu Bilal Onatı havadan dəstəkli əməliyyatla zərərsizləşdirib.

Bizim.Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyindəki mənbələrdən alınan məlumata görə, Avasin bölgəsində hücuma hazırlaşan bir qrup terrorçu PUA tərəfindən aşkarlanıb.

Terrorçu qrup zərərsizləşdirilərkən terrorçuların "Devrim Qarzan" kod adlı Bilal Onat və "Sidar Amed" kod adlı Mazlum Yılmaz olduğu müəyyən edilib.
Terrorçulardan Onat adlı şəxsin terror təşkilatı PKK-nın Avasin əyaləti adlanan hökumətinin üzvü olduğu bildirilib.

Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı ilə terror təşkilatı PKK-nın Zap bölgəsindəki döyüşündən məsul olan Serzan Mava kod adlı Ferit Yüksel gizləndiyi mağarada zərərsizləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO