Şavkat Mirziyoyev prezident vəzifəsinin icrasına BAŞLADI - VİDEO

Hazırda oxunan: Şavkat Mirziyoyev prezident vəzifəsinin icrasına BAŞLADI - VİDEO

146176

Daşkənddə növbədənkənar seçkilərdə qalib olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin andiçmə mərasimi keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Andiçmə mərasimi Ali Məclisin Qanunvericilik Palatası və Senatının birgə iclası çərçivəsində keçirilir.
Hazırkı dövlət başçısı ilə yanaşı, Özbəkistan Xalq Demokratik Partiyasından İnoyatov Uluqbek İlyasoviç, “Adolat” Sosial Demokrat Partiyasından Mahmudova Robaxon Anvarovna, Özbəkistan Ekologiya Partiyasından Abduşükür Həmzəyev namizəd olublar.

Respublikada mövcud olan digər partiya – “Milli Dirçəliş” hazırkı prezidentin namizədliyini dəstəkləyib.

Qeyd edək ki,  Mirziyoyev Özbəkistan tarixində ilk dəfə keçirilən növbədənkənar seçkilərdə 87,05 % səslə qalib gəlib. Seçkilərdə iştirak 80 faizə yaxın olub.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO