İranda 19 yaşlı qız atası tərəfindən qətlə YETİRİLDİ 

Hazırda oxunan: İranda 19 yaşlı qız atası tərəfindən qətlə YETİRİLDİ 

146175

İranın Tehran şəhərində 19 yaşlı Hənaz adlı qız atası tərəfindən qətlə yetirilib.

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, cinayətkar ata dindirmələr zamanı qızını qətlə yetirdiyini etiraf edib.

Qızının gənc bir oğlanla münasibətindən xəbər tutandan sonra başına bıçaq zərbəsi endirib və boğaraq öldürüb. 
Hənazın 25 yaşlı bacısı Fəridə bir gün əvvəl atasının bacısını ağır döydüyünü deyib və əlavə edib: 

“Gecə vəziyyəti pis idi. Ağır nəfəs alırdı. Səhərə qədər yanında idim, amma səhər xırıltılı nəfəsinə oyandım. Mən çox qorxdum və tez təcili yardıma zəng etdim. Hənaz məndən ona su gətirməyimi işarə elədi. Sonra başını dizimin üzərinə qoydu. Təcili yardım gəlib müayinə etdikdən sonra bacımın öldüyünü dedilər”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO