Yerevanda polis bölməsini zəbt edən silahlı qruplaşma girov götürdükləri iki polisi şənbə günü azad edib.
xa0
Moderator.az xəbər verir ki, bu barədə İnterfaksa hüquq-mühafizə orqanlarında olan mənbə bildirib.xa0
xa0
“Uzun sürən danışıqlar nəticəsində iki nəfər azad edilib”x9d, - agentliyin həmsöhbəti deyib.xa0
xa0
Silahlı qruplaşmanın üzvlərindən biri Varujan Avetisyan yerli KİV-ə, Milli təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyan və son günlərdə vasitəçi kimi çıxış edən “Qarabağ parlamentinin”x9d deputatı Vitali Balasanyan ilə danışıqlarda zəbt edilən ərazidə mətbuat mərkəzinin yaradılmasına dair razılığın əldə edildiyini bəyan edib.xa0
xa0
“Bundan sonra biz general və polkovniki (Ermənistan polis rərbərinin müavini general-mayor Vardan Yeqizaryan və Yerevan polis rəisinin müavini Valeri Osipyan) azad edirik, hakimiyyət isə bizim üçün KİV-ə azad çıxış təmin edir”x9d, - Avetisyan bildirib.

































































































