Özbəkistanda prezident seçkilərində səsvermə başa çatdı

Özbəkistanda prezident seçkilərində səsvermə başa çatdı

Hazırda oxunan: Özbəkistanda prezident seçkilərində səsvermə başa çatdı

145374

Özbəkistanda prezident seçkilərində səsvremə başa çatıb.

Bizim.Media xəbər verir ki, ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00) bağlanıb.

Saat 17:00-a olan seçici fəallığı 69,85 faiz təşkil edib (13,4 milyondan çox insan səs verib). Yekun seçici fəallığı daha sonra dərc olunacaq.

Qeyd edək ki, Özbəkistanda seçkilərin baş tutmuş hesab edilməsi üçün seçici fəallığı 33 faizi ötməlidir.

Xatırladaq ki, yerli vaxtla səhər saat 8:00-da Özbəkistandan kənarda 39 ölkədə 56 seçki məntəqəsi də daxil olmaqla 10 784 seçki məntəqəsi açılıb.

Qeyd edək ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Özbəkistan qanunlarına əsasən, özbək dilini bilən, son on ili ölkədə yaşayan və namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən 35 yaşdan yuxarı bütün vətəndaşlar seçkilərdə iştirak edə bilər.

Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik partiyasının namizədi Uluğbek İnoyatov, Ekologiya partiyasının namizədi Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya partiyasının namizədi Roba Mahmudova mübarizə aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO