Ukrayna ordusu cəbhənin 4 istiqamətində əks-hücuma keçdi - İRƏLİLƏYİŞ VAR

Ukrayna ordusu cəbhənin 4 istiqamətində əks-hücuma keçdi - İRƏLİLƏYİŞ VAR

Hazırda oxunan: Ukrayna ordusu cəbhənin 4 istiqamətində əks-hücuma keçdi - İRƏLİLƏYİŞ VAR

144422

Ukrayna Silahlı Qüvvələri Liman istiqamətində əks-hücum əməliyyatları keçirib. Həmçinin, Baxmut bölgəsində, Donetsk və Zaporojye vilayətlərinin qərb sərhədində və Zaporojye vilayətinin qərbində əks-hücum əməliyyatı davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya ABŞ-ın Müharibənin Tədqiqi İnstitutunun (ISW) hazırladığı hesabatda yer alıb.

Mənbə yazır ki, Ukrayna Silahlı Qüvvələri Ukraynanın şərqində 9 kvadrat kilometr ərazini geri alıb və geolokasiya görüntüləri Ukrayna qüvvələrinin Baxmutdan cənub-qərbə doğru irəlilədiyini göstərir.

Həmçinin, bəzi məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin qərb hissəsindəki Orexovdan cənubda irəliləyiş əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO