Yunanıstanın ölümə tərk etdiyi 84 miqrant xilas EDİLDİ

Yunanıstanın ölümə tərk etdiyi 84 miqrant xilas EDİLDİ

Hazırda oxunan: Yunanıstanın ölümə tərk etdiyi 84 miqrant xilas EDİLDİ

144253

Çanaqqalanın Ayvacık rayonu sahillərində Yunanıstan Sahil Mühafizəsi əməkdaşları tərəfindən Türkiyə ərazi sularına itələnən 84 miqrant xilas edilərək quruya çatdırılıb.

Bu barədə Bizim.Media-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyənin Şimali Egey Sahil Mühafizə Xidmətinin əməkdaşları Ayvacık sahillərində rezin qayıqlarda miqrantların olduğunu müəyyən edib.

Bölgəyə istiqamətlənən Türkiyənin Şimali Egey Sahil Mühafizə Xidmətinin “KB-20”, “KB-4304” və “TCSG-6” qayıqları ilə Yunan Sahil Mühafizə Komandası tərəfindən Türkiyə ərazi sularına itələnən Əfqanıstan vətəndaşlarından ibarət miqrantlar xilas edilib.
Sahilə çıxarılan 84 nəfər miqrant lazımi prosedurlar tamamlandıqdan sonra Ayvacık Miqrasiya İdarəsinə aparılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO