Gürcüstanda torpaq sürüşməsi: Qatarların hərəkəti tam dayandı - FOTO

Gürcüstanda torpaq sürüşməsi: Qatarların hərəkəti tam dayandı - FOTO

Hazırda oxunan: Gürcüstanda torpaq sürüşməsi: Qatarların hərəkəti tam dayandı - FOTO

144156

Gürcüstan ərazisində yağan güclü leysan yağışları nəticəsində baş vermiş torpaq sürüşməsi bir nəfərin həyatına son qoyub. Hazırda torpaq sürüşməsi nəticəsində itkin düşmüş insanın meyitinin axtarışları davam edir.

Bizim.Media xəbər verir ki, Xaraquli bələdiyyəsinin Marelsi kəndində dəmir yolu stansiyasının ərazisində baş vermiş torpaq sürüşməsi yolun bir hissəsini tam dağıdıb, elektrik dirəklərini aşırıb.

Stansiyada növbətçi işləyən nəzarətçi isə itkin düşüb. Onun torpaq altında qaldığı ehtimal olunur. Hazırda dəmir yolunun bərpası ilə yanaşı, həmin şəxsin cəsədinin axtarışları davam edir.

“Gürcüstan Dəmir Yolları” İdarəsindən bildirilib ki, Batumidən paytaxt Tbilisiyə və əksinə, eləcə də daha 5 istiqamətdə qatarların hərəkəti tam dayanıb. İyulun 1-də təbi fəlakət nəticəsində qatarlarda qalan insanlar başqa nəqliyyat vasitələri ilə istədikləri yerə çatdırılıb.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO