Ukrayna əks-hücum əməliyyatlarının ikinci mərhələsinə START VERDİ 

Hazırda oxunan: Ukrayna əks-hücum əməliyyatlarının ikinci mərhələsinə START VERDİ 

143497

Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarının ikinci mərhələsinə başlayıb. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Biz Rusiya iləyik” hərəkatının sədri Vladimir Roqov bildirib. 

O qeyd edib ki, Ukrayna ordusu Zaporojye vilayətinin Haliaipole şəhərinə ehtiyat qüvvələr yerləşdirib. 

V.Roqovun sözlərinə görə, Ukrayna ordusunun strateji ehtiyat qüvvələri Zaporojye və Dneprdə cəmləşib. 

Onun fikrincə, bu, həm də Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun ikinci mərhələsinin göstəricisi hesab oluna bilər. 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələri iyunun 4-dən hücum əməliyyatlarına başlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO