Priqojin qiyamının əsas məqsədini AÇIQLADI 

Hazırda oxunan: Priqojin qiyamının əsas məqsədini AÇIQLADI 

143445

“Biz hökuməti devirmək üçün yox, öz etirazımızı nümayiş etdirməyə getdik”. 

Bizim.Media xəbər verir ki, bu barədə “Vaqner” hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin üsyanının məqsədləri və dayanmasının səbəblərindən danışarkən deyib. 

O qeyd edib ki, qiyamla rus qanını tökmək niyyətəri olmayıb, eləcə də məqsədləri hökuməti devirmək olmayıb: “Biz sadəcə etirazımızı nümayiş etdirməyə getdik”. 

Priqojinin sözlərinə görə, bu qiyam Rusiyanın bir çox təhlükəsizlik problemlərini aşkara çıxarıb: 

“Biz 24 saat ərzində Rusiya hərbçilərinin 24 fevral 2022-ci il tarixindən Kiyevə və ondan kənara keçə biləcəyi məsafəni qət etdik”. 

Bu onu sübut edir ki, əgər fevralın 24-də baş vermiş aksiyalar “Vaqner” birləşməsi kimi hazırlıq səviyyəsində olan bölmə tərəfindən həyata keçirilsəydi, xüsusi əməliyyat bir gün davam edə bilərdi”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO