ABŞ kəşfiyyatı Priqojinin üsyanını əvvəlcədən bilib

Hazırda oxunan: ABŞ kəşfiyyatı Priqojinin üsyanını əvvəlcədən bilib

143229

ABŞ Priqojinin üsyanını əvvəlcədən bilib, lakin Rusiya daxilində parçalanmaya müdaxilə etmək istəməyib.

Bizim.Media “Washington Post” qəzetinə istinadən xəbər verir ki, Amerika kəşfiyyatı belə siqnalları hələ iyunun ortalarında alıb. 

Amma  üsyanın dəqiq mahiyyəti və hazırlanma vaxtı haqda informasiya əldə edə bilməyib.

“New York Times” nəşri isə yazır ki, amerikalılar Priqojinin üsyana başlamasını iki gün öncə bilirdilər.

Kəşfiyyatla yaxın olan mənbə deyib ki, hər şey çox tez baş verib: “Ancaq Priqojinin Rusiya hərbçilərini təhdid etməkdə nə qədər ciddi olduğunu və qoşunlarını hara aparacağını anlamaq çətin olub”.

Lakin Rusiyanın məxfi xidmətləri Priqojinin planları barədə susublar. 

Məqalədə deyilir ki, onlar Putinə çevrəsindəki ciddi parçalanmanın qarşısını almaq üçün kömək etmək istəməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO