“Nüvə silahından istifadə mümkündür” – PUTİN  

“Nüvə silahından istifadə mümkündür” – PUTİN  

Hazırda oxunan: “Nüvə silahından istifadə mümkündür” – PUTİN  

141848

“Ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə, dövlətin mövcudluğuna təhlükə yaranarsa, Rusiyanın nüvə silahından istifadə etməsi  mümkündür”.  

Bizim.Media “lenta.ru”ya istinadən xəbər verir ki, bu fikirləri prezident Vladimir Putin Sankt-Peterburq İqtisadi Forumunda çıxışı zamanı səsləndirib.  

Dövlət başçısının sözlərinə görə, nüvə silahından istifadə nəzəri cəhətdən mümkündür. 

“Nüvə silahları sözün geniş mənasında təhlükəsizliyimizi və Rusiya dövlətinin mövcudluğunu təmin etmək üçün yaradılıb. Amma bizim, birincisi, belə bir ehtiyacımız yoxdur. İkincisi, bu mövzunun müzakirəsi faktının özü artıq silahdan istifadə həddinin aşağı salınması ehtimalını aşağı salır”, - deyə Putin bildirib. 

Rusiya Prezidenti əlavə edib ki, Rusiyanın NATO ölkələrindən daha çox nüvə silahı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO