Rusiya ordusu Krivoy Roqa raket atdı - 3 ölü, 25 yaralı var - FOTO/VİDEO

Rusiya ordusu Krivoy Roqa raket atdı - 3 ölü, 25 yaralı var - FOTO/VİDEO

Hazırda oxunan: Rusiya ordusu Krivoy Roqa raket atdı - 3 ölü, 25 yaralı var - FOTO/VİDEO

141156

İyunun 13-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın Krivoy Roq şəhərində yaşayış binasını raketlə vurması nəticəsində azı 3 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

Lısak qeyd edib ki, “Şərq” hərbi komandanlığının qüvvələri tərəfindən düşmənin 3 raketi vurulub, lakin bir neçəsi şəhərə düşüb.

Belə ki, beşmərtəbəli binanın vurulması nəticəsində, ilkin məlumatlara görə, 3 nəfər ölüb, 25 nəfər xəsarət alıb, onlardan 19-u xəstəxanaya yerləşdirilib. Dağıntılar altında hələ də insanlar var.

"Birinci mərtəbədən beşinci mərtəbəyə qədər mənzillər yanıb. Yanğın 700 kvadratmetr ərazini əhatə edib”,-deyə Lısak bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, iyunun 13-nə keçən gecə rusların Ukraynaya hücumu zamanı istifadə etdikləri 14 raketdən 10-u hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
 









Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO