Paşinyan:

Paşinyan: "Kommunikasiyaların açılmasına dair Bakı ilə danışıqlarda irəliləyiş var"

Hazırda oxunan: Paşinyan: "Kommunikasiyaların açılmasına dair Bakı ilə danışıqlarda irəliləyiş var"

140281

Moskvada keçirilən nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyanın iclasında nəzərəçarpacaq irəliləyiş əldə olunub. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə deyib.

“Mən bir daha bildirmək istəyirəm ki, Ermənistan nəqliyyat kommunikasiyalarını açmağa hazırdır. Ancaq bu, kommunikasiyaların keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində baş tutmalıdır. Söhbət üçtərəfli bəyanatın 9-cu bəndində göstərilən kommunikasiyalardan gedir. Ümid edirəm ki, biz konkret qərarlara gələ biləcəyik”, deyə o, qeyd edib. 

Paşinyan bəyan edib ki, Ermənistan tərəfi konkret təkliflər verib və onların qəbul ediləcəyinə ümid edir.

“Bizim təkliflərimiz son iki il ərzində işlədiyimiz kompromis həllərdir”, - Ermənistanın baş naziri əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO