İranın xarici işlər naziri türkiyəli həmkarına zəng etdi

Hazırda oxunan: İranın xarici işlər naziri türkiyəli həmkarına zəng etdi

139694

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı İranın XİN rəhbəri Hakan Fidanı Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib.

Abdullahian iki ölkə arasında sıx əməkdaşılğın yeni dövrdə də davam edəcəyinə və daha da yaxşılaşacağına ümidvar olduğunu bildirib.

Telefon danışığı zamanı İran xarici işlər naziri turkiyəli həmkarını Tehrana səfərə dəvət edib. Nazir həmçinin ikitərəfli əlaqələrin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
İranın baş diplomatı iki ölkənin regional məsələlələrdə əməkdaşlığını vacib hesab etdiyini qeyd edib.

Hakan Fidan iranlı həmkarının təbrikinə görə minnətdarlığını bildirib.

Yeni nazir Türkiyə ilə İran arasında dialoqların və əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib. Hakan Fidan ən qısa zamanda Tehrana səfər edəcəyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO