Ərdoğan qonaqlara SƏSLƏNDİ: “Seçkilərdən sonra zəng edərək…” 

Hazırda oxunan: Ərdoğan qonaqlara SƏSLƏNDİ: “Seçkilərdən sonra zəng edərək…” 

139570

“Seçim müddətində yanımızda olub, dəstək olanları əsla unutmayacağıq”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində deyib. 

“Seçim müddətində yanımızda olanları, seçkilərdən dərhal sonra zəng edərək sevincimizi bölüşənləri heç bir zaman unutmayacağıq”, - deyə Ərdoğan qeyd edib. 

Mayın 28-də keçirilmiş seçkilərdə millətin iradəsinin əksini tapdığını, “Türkiyə yüzilliyi”nin başladığını və ölkənin sıçrayış mərhələsinin qapılarının açıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan siyasi və dini baxışlarından, etnik mənsubiyyətindən asılı olmayaraq, 85 milyonluq əhalinin etimadını boşa çıxarmamaq üçün səylə çalışacaqlarını qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO