Dünya Bankı: “Azərbaycanın xarici ticarət profisiti ÜDM-in 20%-nə çatıb”

Dünya Bankı: “Azərbaycanın xarici ticarət profisiti ÜDM-in 20%-nə çatıb”

Hazırda oxunan: Dünya Bankı: “Azərbaycanın xarici ticarət profisiti ÜDM-in 20%-nə çatıb”

136997

Yüksək enerji qiymətləri Azərbaycanın xarici ticarət profisitini ÜDM-in 20%-nə çatdırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycan üzrə yeni aylıq iqtisadi bülletenində bildirilib. 

"Enerji ixracı hesabına ticarət profisiti fevralda ÜDM-in 16,8%-dən mart ayında ÜDM-in 20%-nə yüksəlib. İxrac mart ayında illik müqayisədə 60% artıb. Neft-kimya ixracının azalması səbəbindən qeyri-enerji ixracı 2% azalıb" -Dünya Bankının şərhində bildirilib. 

Qeyd edilib ki, 2023-cü ilin birinci rübündə iqtisadiyyat illik ifadədə 0,4% artıb. İnflyasiya illik ifadədə yüksək, 13,7% səviyəsində qalıb. Buna cavab olaraq Mərkəzi Bank baza uçot dərəcəsini 9%-ə qaldırıb. 
Dünya Bankının hesabatında əlavə edilib ki, cari xərclərin artımı səbəbindən mart ayında büdcədə kəsir qeydə alınıb: "Büdcədə mart ayında ÜDM-in 1,6%-i nisbətində kəsir yaranıb. 2023-cü ilin 1-ci rübündə isə büdcə profisiti ÜDM-in 5,7 faizinə kimi azalıb". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO