“Trendyol”dan Azərbaycan istifadəçiləri üçün YENİLİK - FOTO 

“Trendyol”dan Azərbaycan istifadəçiləri üçün YENİLİK - FOTO 

Hazırda oxunan: “Trendyol”dan Azərbaycan istifadəçiləri üçün YENİLİK - FOTO 

134086

Bu gündən etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir. 

Bizim.Media “qafqazinfo”ya istinadən xəbər verir ki, təklifdə “Trendyol” siparişlerini artık Azerbaycan adresinde teslim alabilirsin” seçimi yer alıb. 

Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər. Eyni zamanda sifarişçi adres olaraq öz ev ünvanını qeyd edərək, malın evinə təslim edilməsini seçə bilər. 

Qeyd edək ki, indiyədək “Trendyol”un Azərbaycana birbaşa çatdırılması yox idi. 

Belə ki, indiyədək vətəndaşlar sifariş üçün Azərbaycan karqo şirkətlərinin Türkiyə anbarını yazırdı, mal həmin anbara daxil olduqdan sonra Azərbaycana göndərilirdi. 

Bununla belə vətəndaşlar əvvəlki qaydada sifarişlərini Azərbaycanla yanaşı, digər ölkələrdən də təslim al bölməsini seçə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO