Hindistana maraqlı hadisə baş verib. Belə ki, ölkənin Qucarat ştatında inək üçün toy təşkil edilib və bu toya nə az nə çox düz 27 min dollar pul xərclənib.
Moderator.az Daily Mail-ə istinadən xəbər verir ki, hadisə Qucarat ştatının kəndlərinin birində baş verib. İnəklə çöngənin sahibi toya 300 nəfərdən artıq qonaq dəvət edilib.
Heyvan sahibləri inək və çöngə üçün çox təmtəraqlı bir toy mərasimi təşkil edib. Arcun adlı “adaxlı”x9d ilə Punam adlı “gəlin”x9d orkestrin müşaiyyəti ilə maşın karvanı ilə “ər evinə”x9d yola salınıb.
Bununla heyvan sahibləri inəyin Hindistan mədəniyyətində və xalqı arasında nə qədər böyük bir rola malik olduğunu nümayiş etdirməyə çalışıblar. Onlar eyni zamanda bununla ölkə ərazisində inəklərin kəsilməsinin əleyhinə olduqlarını də gizlətməyiblər.
“Gəlin”x9d Punamın sahibi deyib ki, o Punama öz qızı kimi yanaşırmış.
“Toy mərasimi”x9d hindlilərin milli ritualları əsasında davam edib.
Onu da qeyd edək ki, mart ayında ölkənin şimalında Uttar-Pradeş ştatında itlərin “toyu”x9d təşkil edilib və bu “toya”x9d isə beş mindən artıq qonaq dəvət edilib. Belə bir “möhtəşəm toyu”x9d aparmaq isə məhşur yerli bir diceyə həvalə edilib. Mərasim yekunlaşdıqdan sonra ”x9dgəlin”x9dlə “bəy”x9d güllə və milli digər bəzəklərlə bəzədilmiş avtomobildə aparılıb.

































































































