Hindistanda “Apple”la bağlı İLK YAŞANDI 

Hindistanda “Apple”la bağlı İLK YAŞANDI 

Hazırda oxunan: Hindistanda “Apple”la bağlı İLK YAŞANDI 

131554

ABŞ-nin“Apple” kompaniyası Hindistanda ilk flaqman mağazasını açıb. 

Bizim.Media “Associated Press” agentliyinə istinadən xəbər verir ki, sahəsi iki min kvadratmetrə yaxın olan mağaza Mumbay şəhərində yerləşir.  

“Apple” kompaniyası Hindistanda 25 ildən artıq fəaliyyət göstərdiyinə baxmayaraq, indiyə qədər öz məhsullarını orada riteylerlər vasitəsilə satıb.

Flaqman mağazasının açılışı isə tənzimləyici faktorlar və koronavirus pandemiyası səbəbindən uzun müddət idi ki, təxirə salınırdı. 

Bu ölkədə hər il 13 milyon ədəd və ya dünya üzrə “iPhone” buraxılışının 6 faizi istehsal olunur. Kompaniya yaxın beş ildə Hindistanda ümumi istehsalat həcmini 25 faizə çatdırmağı planlaşdırır. 
Məlumata görə, daha bir mağaza isə aprelin 20-də Dehlidə açılacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO