
- A-
- A
- A+
Türkiyədə yanğından məhv olmuş ərazilər əvvəlki görkəminə qayıdır – FOTO
2021-ci ildə meşə yanğınları nəticəsində məhv olmuş ərazilər yenidən əvvəlki görkəminə qayıdır.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, qardaş ölkənin Manavgat rayonunda dağlıq və meşəlik ərazilərdə yanmış bitki örtüyü yenidən canlanmağa başlayıb.
Yanğından sonra səhralaşan ərazilərdə əmələ gələn cavan ağaclar görənləri heyran edir.
Qeyd edək ki, 2021-ci il də baş verən yanğınlar Türkiyə tarixinin ən böyük meşə yanğınları hesab olunur. Yanğın nəticəsində 2-si meşəbəyi olmaqla 7 nəfər həlak olub, 821 nəfər isə yaralanıb. Azərbaycan yanğınsöndürənləri də sözügedən yanğınların söndürülməsində fədakarlıq nümayiş etdiriblər.
Azərbaycan fəlakət baş verən ərazilərə ilk amfibiya yanğınsöndürən təyyarəsi göndərən ölkə olub.

Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































