Davudoğlu Angela Merkellə növbəti zirvə toplantısını müzakirə etdi

Davudoğlu Angela Merkellə növbəti zirvə toplantısını müzakirə etdi

Hazırda oxunan: Davudoğlu Angela Merkellə növbəti zirvə toplantısını müzakirə etdi

126475
Davudoğlu Angela Merkellə növbəti Türkiyə-Avropa Birliyi zirvə toplantısını müzakirə etdi.

Moderator.az Anadolu-ya istinadən xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu qarşı tərəfin istəyi ilə Almaniya kansleri Angela Merkel ilə telefonla martın 18-də Brüsseldə keçirilməsi nəzərdə tutulan növbəti Türkiyə-AB zirvə toplantısını müzakirə ediblər.

Telefon danışığında tərəflər ilk olaraq martın 7-də keçrilən Türkiyə-AB toplantısının nəticələrini və martın 18-də keçiriləcək növbəti Zirvə toplantısına hazırlıq işləri müzakirə edilib. Tərəflər eyni zamanda martın 18-dəki Zirvə toplantısından gözləntilərini bölüşüblər. Belə ki, türk vətəndaşlarına  AB ölkəlrinə viza rejiminin sadələşdirilməsi, AB-yə qoşulmaqla bağlı  tələb olunan bəzi fəsillər,  qanundan kənar güclərlə mübarizə, miqrantların  geri dönüşü, yerləşdirilməsi və sıra məsələlər müzakirə olunub.
Merkel onu da bəyan edib ki, başda Almaniya olmaqla digər Avropa ölkələrinin də Türkiyə ilə daha sıx əməkdaşlığı məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO