Şengen zonasını xilas etmək mümkün oldu.
xa0
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Fransua Olland Brüsseldə keçirilən Avropa İttifaqı-Türkiyə sammitinin yekunlarını şərh edərkən bəyan edib.
xa0
“Şengen olmasa, Avropa da olmayacaq. Şengen zonası bu gün xilas oldu”x9d, deyə F.Olland bildirib.
xa0
Qeyd edək ki, bir sıra Avropa ölkələri miqrantlar üçün sərhədləri birtərəfli qaydada bağlamaq qərarına gəlmişdilər.xa0
xa0
Xatırladaq ki, martın 7-də Brüsseldə miqrasiya böhranı ilə bağlı növbədənkənar Avropa İttifaqı-Türkiyə sammiti keçirilib. Sammitdə Avropa İttifaqı və Türkiyə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırıblar.
































































































