Rusiyada üçüncü yerli peyvənd qeydiyyata alındı

Hazırda oxunan: Rusiyada üçüncü yerli peyvənd qeydiyyata alındı

12451

Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı üçüncü peyvəndi - "KoviVac"ı qeydiyyata alıb.

Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu ölkənin Baş naziri Mixail Mişustin elan edib.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusun yeni ştammı aşkarlandı - Daha yoluxucu ola bilər


Vaksin Rusiya Elmlər Akademiyası M.P. Çumakov adına İmmunobioloji Hazırlıqların Tədqiqatı və İnkişafı üzrə Federal Tədqiqat Mərkəzində hazırlanıb.

"KoviVac" "Sputnik V" və "EpiVacCorona"dan sonra üçüncü vaksindir və onu daha effektli hesab edirlər.

Mərkəzin direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aydar İşmuxametovun sözlərinə görə, "KoviVak"ın tərkibi onun mutasiyaya uğramış ştammlara qarşı təsirli olacağına imkan verir.

Klinik sınaqlar oktyabr ayının əvvəlində başlayıb, hələ ki, heç bir xoşagəlməz hadisələr aşkarlanmayıb.

İkinci mərhələ tezliklə başa çatacaq, daha sonra üç min könüllü üzərində əlavə testlər aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO