
- A-
- A
- A+
Müsəlmanlar etiraz aksiyası keçirdilər - Fransada
Fransanın paytaxtı Parisdə ölkədə islamofobiyanın artmasına qarşı izdihamlı etiraz aksiyası keçirilib.
Bu barədə Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir.
Aksiyaçılar “Respublika dəyərlərinə hörmətin gücləndirilməsi prinsipləri" qanun layihəsinə narazılıqlarını ifadə etmək üçün Trokadero meydanında toplaşıblar.
Onların fikrincə, qanun müsəlmanları ayrıseçkiliyə məruz qoyur.
Xanan Lukilinin sözlərinə görə, o, Fransada islamofobiyanın qurbanlarından biridir. Lukili bildirib ki, işlədiyi məktəb 18 noyabr 2020-ci ildə uyğunsuzluq bəhanəsi ilə “təhlükəsizlik tələblərinə” görə bağlanılıb.
"Bizi iki dəfə yoxlamağa gəldilər. Yoxlamanın nəticələrinə görə bildik ki, bizi separatçılıqda ittiham edirlər", - Lukili deyib.
Bağlanmış məktəbinin şagirdi isə özünün və yoldaşlarınını təhsil almaq hüququnu məhrum edilməsindən şikayətlənib. Onun sözlərinə görə, indi şagirdlərə yeni məktəblər tapmaq çox çətindir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































