
- A-
- A
- A+
Dünya
08:38 / 26.01.2023
Rusiya Xerson limanına zərbə endirdi – 2 türk gəmisi zədələndi - VİDEO
Hazırda oxunan: Rusiya Xerson limanına zərbə endirdi – 2 türk gəmisi zədələndi - VİDEO
116702
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Xerson limanında iki türk gəmisi qəlpələrlə zədələnib.
Bizim.Media “Hurriyet” nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Türkiyə şirkətinin nümayəndəsi Huseyn Çebi yayıb.
Onun sözlərinə görə, limanda yerləşən “Tuzla” gəmisində yanğın baş verib.
İkinci gəmi “Ferahnaz” hərbi əməliyyatların başlanması səbəbindən təxminən bir il limanda olub.
“Limandakı gəmilər yan-yana dayanır. Bəziləri sahildə, bəziləri yakor sahəsindədir. Sahildə dayanan “Tuzla” zərər görüb. Ekipajda yalnız kapitan olub. Onun həyatı üçün təhlükə yoxdur”, - Türkiyə şirkətinin nümayəndəsi bildirib.
russians hit the Turkish ship "Tuzla" in the port of Kherson pic.twitter.com/Jm5dNDDkUX
— Serhii Sternenko ✙ (@sternenko) January 25, 2023
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































