Davosda Dünya İqtisadi Forumunun açılış mərasimi keçirildi

Davosda Dünya İqtisadi Forumunun açılış mərasimi keçirildi

Hazırda oxunan: Davosda Dünya İqtisadi Forumunun açılış mərasimi keçirildi

115126

İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 53-cü iclasının rəsmi açılış mərasimi olub.

Bizim.Media xəbər verir ki, tədbir forumun saytında yayımlanıb.
 

İclasın açılışında Forumun təsisçisi Klaus Şvab çıxış edərək tədbirin maraqlı tərəflərin görüş platforması kimi əhəmiyyətini bəyan edib.

Təsisçi forum iştirakçılarının mövcud böhranların həlli yollarını tapa biləcəklərinə də ümid etdiyini vurğulayıb.

Açılış mərasimində bir sıra mədəniyyət xadimlərinə “Kristal” mükafatları təqdim olunub.

Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox yüksək ranqlı siyasət, elm, iqtisadiyyat və media mənsubları iştirak edir.
 

Builki forumun siyasi çalarları mətbuatın diqqət mərkəzində dayanır: pandemiya başlayandan ilk dəfə yüksək ranqlı Çin nümayəndə heyətinin iştirakı, Rusiyanın forumda təmsil olunmaması və Ukraynanın geniş heyət və mövzularla ön planda dayanması diqqətçəkən məqamlardır.
 

Davos Forumunun gündəliyində iqlim dəyişiklikləri, inflyasiya və aşağı inkişaf səviyyəsi kimi qlobal iqtisadi çağırışlar, yüksək borclanma və ərzaq qıtlığı probleminə qarşı mübarizə kimi mövzular əks olunub.
 

Qeyd edək ki, Forum öz işinə yanvarın 20-də yekun vuracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO