Somalidə terror aktı nəticəsində 2-si uşaq olmaqla 14 nəfər həlak olub

Somalidə terror aktı nəticəsində 2-si uşaq olmaqla 14 nəfər həlak olub

Hazırda oxunan: Somalidə terror aktı nəticəsində 2-si uşaq olmaqla 14 nəfər həlak olub

11104

Somalinin Qalmuduq əyalətində baş verən terror hücumları nəticəsində 14 nəfər ölüb.

Bizim.Media yerli KİV-lərinə istinadən məlumat verir ki, partlayıcı qurğu Dusamareb kəndində yolun kənarında quraşdırılıb.

 

MÖVZU İLƏ BAĞLI:

Somalinin paytaxtında güclü partlayış oldu – Ölən və yaralananlar var

​​​​​​​
Terror qurbanlarının arasında yerli kəşfiyyat rəisi Əbdürəşid Abdinurun olduğu da bildirilir. Qurbanlar arasında 2 azyaşlı uşağın da olduğu bildirilir.

Partlayışa görə məsuliyyəti “Əş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.

Xatırladaq ki, bu gün səhər saatlarında Somalinin paytaxtı Mogadişoda inşa edilən Mogadişu-Afgoye yoluna qoyulmuş minanın partlaması nəticəsində üç polis məmuru yaralanıb. 

Baş verən terror hadisələrinin Somalidə yaxınlaşmaqda olan seçkilərə təsir etmək üçün edildiyi qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO