İnternətdən tapdığı gözəllik salonuna gedən qadının üzü yandı - FOTO

İnternətdən tapdığı gözəllik salonuna gedən qadının üzü yandı - FOTO

Hazırda oxunan: İnternətdən tapdığı gözəllik salonuna gedən qadının üzü yandı - FOTO

11044

42 yaşlı qadın sosial şəbəkədə gördüyü bir gözəllik salonuna üzündə müəyyən prosedurlar aparmaq üçün gedib.

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, qadının üzündə aparılan səhv müalicə dərisinin yanmağına səbəb olub.

Antalyada yaşayan 42 yaşlı bir uşaq anası Aslı İlhan, 4 ay əvvəl sosial media səhifəsində bir gözəllik salonunun elanını görüb.  

Bu səhifədəki reklam xarakterli fotolara  aldanan gənc qadın, dərisini gözəlləşdirmək üçün sözügedən salona yollanıb.

Buradakı səhv prosedur nəticəsində İlhanın üzü yanıb və su yığılıb. Daha sonra tövsiyə ilə başqa bir salona gedib. 42 yaşlı qadın burada isə üzünün daha bərbad hala gətirildiyini bildirib.

Hər iki salona ödədiyi yüksək məbləği geri tələb edən Aslı İlhan  gözəllik salonlarını məhkəməyə verib və hər kəsə bu prosedurlar üçün yalnız xəstəxanalara getməyi tövsiyə edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO