Aİ Rusiya TV kanallarının lisenziyalarını DAYANDIRIR - “Rossiya 1”, “Birinci Kanal”, “NTV”…

Aİ Rusiya TV kanallarının lisenziyalarını DAYANDIRIR - “Rossiya 1”, “Birinci Kanal”, “NTV”…

Hazırda oxunan: Aİ Rusiya TV kanallarının lisenziyalarını DAYANDIRIR - “Rossiya 1”, “Birinci Kanal”, “NTV”…

108615

Avropa İttifaqı Rusiyanın  “Birinci Kanal”, “NTV”, “NTV Mir”, “Rossiya 1”, və ”REN TV” telekanallarının  yayım lisenziyalarını dayandırmaq niyyətindədir.  

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb. 

Qeyd edilib ki, bu qərar Aİ-nin Rusiyaya yeni – 9-cu  sanksiyalar paketində qeyd edilən zorakılıq və müharibə təbliğatı aparan TV kanallara tətiq edilən sanksiyaya əsasən icra ediləcək. 

Nəşrin məlumatına görə, Rusiya hərbi-sənaye kompleksi üçün məhsul təmin edən təxminən 169 təşkilat da məhdudiyyətlərə məruz qala bilər. 

Bundan əlavə, Aİ rəsmiləri sanksiyaya məruz qalan mallar sırasına təyyarə mühərrikləri və onların hissələrini, noutbukları, sərt diskləri, kameraları və linzaları əlavə etmək istəyirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO