“Radar deyil, işıq patronudur...”x9d  - Kamran Əliyev

“Radar deyil, işıq patronudur...”x9d - Kamran Əliyev

Hazırda oxunan: “Radar deyil, işıq patronudur...”x9d - Kamran Əliyev
107766
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Yevlax-Gəncə yolundakı qanunsuz radarla bağlı xəbərə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən münasibət bildirilib.

“Qafqazinfo”x9dya açıqlamasında İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “plafon”x9dunun altındakının radar kamerası yox, işıq patronu olduğunu deyib.

Rəisin sözlərinə görə, işıq “plafon”x9dunun altındakı işıq patronudur və qanunsuz radardan söz belə gedə bilməz: “Birincisi, orada heç bir radar kamerası quraşdırılmayıb, videoda görünən sadəcə işıq patronudur. İkincisi də, əgər ərazidə maksimum sürət həddini müəyyənləşdirən, radarın fəaliyyət göstərməsini bildirən 6.14 yol nişanı varsa, istənilən yerdə radar quraşdırıla bilər. Bu gün yol polisində olan bütün radarlar: istər stasionar, istərsə də mobil radarlar mərkəzi informasiya sisteminə inteqrasiya olunub. Əgər hər hansı bir radar avtomobilin sürət həddini aşdığını qeydə alarsa, dərhal mərkəzi informasiya sisteminə göndərir. Yazıda göstərilən 3 km ərazidə boşluq olduğu üçün yol polislərinin qanunsuz radar yerləşdirməsi məsələsi tamamilə yanlışdır. Şəklə baxan hamı anlayar ki, orada kamera yox, işıq patronu var. İnspektor istəsə aşağıda da radarı yerləşdirər. Onun dirəyə çıxıb elektrik naqillərinin içərisinə kamera yerləşdirməsinə ehtiyac yoxdur”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO