ÜST koronavirusla bağlı dünyaya çağırış etdi

ÜST koronavirusla bağlı dünyaya çağırış etdi

Hazırda oxunan: ÜST koronavirusla bağlı dünyaya çağırış etdi

106506

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı dünya ölkələrinə çağırış edib.

Bizim.Media xəbər verir ki, çağırış barədə ÜST-ün sözçüsü Tarik Yaşareviç bəyan edib. O, qeyd edib ki, ÜST dünya ölkələrini öz strategiyalarını koronavirusun yoluxma halının indiki vəziyyəti ilə uyğunlaşdırmağa səsləyib.

Bununla yanaşı, səhiyyə sektoruna sərmayə qoymaq və tibb personalına əlavə ianələr vermək vacib məsələdir.

“Bu gün biz bir-iki il əvvəlkindən daha yaxşı vəziyyətdəyik, COVID-19 ilə mübarizə aparmaq üçün peyvəndlərimiz var”, - Yaşareviç bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO