Çin İngiltərə passportlarını tanımaqdan imtina etdi

Çin İngiltərə passportlarını tanımaqdan imtina etdi

Hazırda oxunan: Çin İngiltərə passportlarını tanımaqdan imtina etdi

10312

Bizim.Media CNN-in Honkonq bürosuna istinadən xəbər verir ki, Çin İngiltərənin Honkonq sakinləri üçün verdiyi British National Overseas (BNO) pasportlarını artıq tanımayacağını elan edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian Pekində keçirilən mətbuat konfransında qeyd edib ki, "31 yanvar tarixindən etibarən Çin, British National Overseas (BNO) passportlarını etibarlı səyahət sənədi və şəxsiyyəti təsdiq edən sənəd kimi tanımayacaq”.

 

MÖVZU İLƏ BAĞLI:

Çin Qarabağda ABŞ-a qalib gəldi

Böyük Britaniya artıq Avropa İttifaqında deyil


“Hong Kongun Çinə birləşdirilməsindən 24 il keçməsinə baxmayaraq, İngiltərə çox sayda Honkonq vətəndaşını “ikinci dərəcəli İngilis vətəndaşı”-na çevirməyə çalışan BNO passport siyasətini tətbiq edərək öz öhdəliklərini açıq şəkildə pozur”, deyə Zhao əlavə edib.

Pekin rəhbərliyinin bu açıqlaması İngiltərənin 31 yanvar tarixindən etibarən Honkonqda yaşayan və BNO passportuna sahib şəxslərin 12 aylıq iş icazəsi və İngiltərə vətəndaşlığı üçün müraciət edə biləcəkləri ilə bağlı qanunu elan etməsindən sonra verilib.

İngiltərənin baş naziri Boris Conson bu gün verdiyi açıqlamada "Honkonq BNO passportu sahiblərinin ölkəmizdə yaşamasına, işləməyə və ev sahibi olmasına imkan verən yeni imkan açdığımız üçün son dərəcə qürurluyam" deyə qeyd edib.

Analitiklərin fikrincə, son illərdə Honkonqda baş verən etiraz aksiyalarının fonunda İngiltərənin yeni qanun layihəsi bölgədə gərginliyi artıracaq. Eyni zamanda Qanun layihəsi İngiltərənin hələ də Uzaq Şərqdə öz maraqlarını qoruduğunu göstərir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO