
- A-
- A
- A+
Rus kosmonavt: Kosmosda yaralar daha tez sağalır
Bizim.Media məlumat verir ki, Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərən rus kosmonavt Sergey Kud-Sverçov kosmosda yaraların Yerə nisbətən daha tez sağaldığını bildirib. Kosmonavt bunu kosmosda bakteriyaların az olması və kosmik stansiyada havanın davamlı olaraq təmizlənməsi ilə izah edib.
MÖVZU İLƏ BAĞLI:
Çin kosmosda ABŞ-a meydan oxuyur
Sergey Kud-Sverçov bu barədə öz tvitter hesabında paylaşdığı videoda məlumat verib. Onun sözlərinə görə, komsik stansiyada bakteriyalar çox azdır, hava davamlı olaraq təmizlənilir və qurudulur. Qurudulmuş və təmizlənmiş hava insan orqanizminə müsbət təsir göstərir. Bunun nəticəsində insan bədənindəki yaralar daha tez sağalır, deyə kosmonavt məlumat verib.
Hazırda Beynəlxalq Komsik Stansiyada ABŞ, Rusiya və Yaponiyadan olmaqla 7 kosmonavt fəaliyyət göstərir. Stansiyada kosmosda insan bədənində baş verən dəyişikliklər də daxil olmaqla bir çox sahədə tədqiqatlar aparılır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































