“Qafqazinfo”x9d xəbər verir ki, məlumat Rusiya Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib. Hadisə Rusiyanın Suriyada əməliyyatlar üçün istifadə etdiyi Hmeymim hərbi bazasında baş verib.
Aviabazada texniki mütəxəssis olaraq çalışan hərbçinin hansı səbəbdən intihar etməsi isə araşdırılır.
Hərbçinin telefonunda yazdığı son mesajları analiz edərkən ilkin ehtimal olaraq onun sevgilisi ilə şəxsi münasibətlər zəminində özünü öldürdüyü qənaətinə gəlinib.
Xatırladaq ki, Rusiya prezident Bəşər Əsədin istəyi ilə sentyabrın 30-dan Suriyadakı hərbi əməliyyatlara qoşulub və döyüşçülərin mövqeyinə hava zərbələri endirməyə başlayıb.





























































































