Fransa yenə qarışdı – Polis zorakılığa əl atdı - VİDEO

Fransa yenə qarışdı – Polis zorakılığa əl atdı - VİDEO

Hazırda oxunan: Fransa yenə qarışdı – Polis zorakılığa əl atdı - VİDEO

10271

Fransada kütləvi etiraz aksiyası başlayıb.

Bizim.Media RT-yə istinadən xəbər verir ki, etirazçılar “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin bir sıra maddələrinə qarşı çıxaraq Paris şəhərində Respublika Meydanına axışıblar.

Aksiya iştirakçıları kütləvi həbs olunur. Polis etirazçı  kütləsinə tüstü bombaları atır.

Xatırladaq ki, etirazçılar mətbuat azadlığı tələb edir. Onlar polis zorakılığına qarşı etiraz edirlər.

Belə ki, "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə görə, insanlar polislərin fotolarını internetdə üzləri görünən yerlərdə yerləşdirdiklərinə, həmçinin ünvanlarını və soyadlarını bildirdiklərinə görə həbs və ya cərimə olunacaqlar.

Etirazçıların fikrincə, bu sənəd söz azadlığını pozur.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO