Türkiyədə qanlı cinayət -

Türkiyədə qanlı cinayət - "Məni aldadırsan" dediyi arvadını...

Hazırda oxunan: Türkiyədə qanlı cinayət - "Məni aldadırsan" dediyi arvadını...

10266

Türkiyənin Diyarbakır bölgəsində ər aldadıldığını iddia edərək həyat yoldaşını övladlarının gözü qarşısında vəhşicəsinə öldürüb.

Bizim.Media Türkiyə KİV-nə istinadən bildirir ki, affekt vəziyyətində olan ər arvadına “Sən mənə xəyanət edirsən” deyərək onu öldürmək qərarına gəlib.

Kişi əvvəlcə arvadının əl-ayağını iplə bağlayıb. Daha sonra qışqırmamaq üçün onun ağzını parça ilə qapadıb.

Bundan sonra o, qadını soyunduraraq, dəfələrlə onun başına zərbələr endirib. Sonda kişi qadının cinsi orqanına dəmir parçası salıb. Bunun nəticəsində qadın güclü qanaxmadan həyatını itirib.

Özünü ruhi xəstə kimi göstərmək istəyən kişi bu yolla məhkəməni aldatmaq istəyib. Lakin məhkəmə onun tam sağlam olduğunu sübuta yetirib.

Proses zamanı kişinin daha əvvəl də arvadına qarşı zorakılığa görə saxlanıldığı da ortaya çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO