Qəddafinin gəlini ətrafa dəhşət saçdı - Maşınla polisləri əzdi - FOTO

Qəddafinin gəlini ətrafa dəhşət saçdı - Maşınla polisləri əzdi - FOTO

Hazırda oxunan: Qəddafinin gəlini ətrafa dəhşət saçdı - Maşınla polisləri əzdi - FOTO

10191

Liviyanın keçmiş lideri Muammar Qəddafinin Suriyada yaşayan gəlini Aline Skaf paytaxt Şamda qarışıqlıq yaradıb.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, o, avtomobilini polisin və piyadaların üzərinə sürüb.

Onu müşayiət edən başqa bir avtomobildən isə insanlara atəş açıldığı bildirilir. Xarici mətbuatın bildirdiyinə görə, o, “sizi əzərəm” deyə qışqıraraq maşınını ətrafa toplaşan insanların və polis əməkdaşlarının üzərinə sürüb, nəticədə 5 nəfəri yaralayıb. Daha sonra Ruba Ammar adlı tələbənin öldüyü açıqlanıb.

Qeyd edək ki, Skaf Qəddafinin beşinci oğlu Hanibal Qəddafinin oğlu ilə evlidir. Onlar 2011-ci ildə Suriyadan sığınacaq alıb. Lakin Hannibal 2015-ci ildə qaçırılaraq Liviyada həbs olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO