İsrail Ukraynaya kömək edəcək – LAKİN… 

İsrail Ukraynaya kömək edəcək – LAKİN… 

Hazırda oxunan: İsrail Ukraynaya kömək edəcək – LAKİN… 

100950

İsrail Ukraynaya kömək edəcək, lakin hava hücumundan müdafiə sistemi verməyəcək. 

Bizim.Media xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz ukraynalı həmkarı Aleksey Reznikov ilə telefon danışığında deyib. 

Nazirlərin telefon danışığı zamanı İsrailin Ukraynaya silah və hava hücumundan müdafiə sistemi ilə yardım etməyəcəyi məlum olub. Qantz imtinanın səbəbini “əməliyyat məhdudiyyəti” ilə izah edib. 

"Biz Ukraynadakı təhlükəsizliyi, həmçinin ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi yollarını müzakirə etdik. Həmçinin humanitar və tibbi yardımın göstərilməsi barədə də danışdıq", - deyə Benni Qantz tvitter hesabında paylaşım edib. 
Qeyd edək ki, oktyabrın 21-də İsrailin Baş naziri ölkəsinin Ukraynaya silah tədarük etməyəcəyini bəyan edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO