Bu gün ən zərif daşlardan olan kunzitdən bəhs edəcəyik. Rəngi, kövrəkliyi, şəfalı xüsusiyyətləri ilə daş-qaş sevənlərin diqqət mərkəzində olan kunzit son illərin ən populyar daşlarındandır.
xa0
Kunzitin faydaları, istifadə qaydaları, hansı bürclərə uyğun olduğu və ABŞ-ın 35-ci prezidenti Con Kennedinin sui-qəsdə qurban getmədən öncə həyat yoldaşına niyə məhz bu daşdan hazırlanan üzük hədiyyə etdiyi iləxa0maraqlanırsınızsa,xa0publika.az-ınxa0“Mücrü”x9dsünü mütləq oxuyun.
xa0
Onun cəmi 113 yaşı var...
Kunzit daşı ilk dəfə 1902-ci ildə Kaliforniyanın San-Dieqo bölgəsində kəşf edilib. Yeni tapılan daşın xüsusiyyətlərini ilk dəfə müəyyənləşdirməyə çalışan “Tiffany”x9d brendinin əməkdaşı, dünyaca məşhur daş mütəxəssisi Corc Kunz olub. Elə buna görə dəxa0daşa öz adını verib.
xa0
Kunzitin tərkibi təbii alüminium və litium silikatdan ibarətdir. Günəş işığına və istiyə məruz qalan litium mineralları ilə maqnezium kristala çevrilir və kunzit daşı meydana gəlir. Adətənxa0çəhrayı-bənövşəyi rəngdə olur. İşığa tutduqda bu iki rəng arasında gedib-gəlir. Tərkibindəki manqan mineralının miqdarı daşın açıq, solğun çəhrayı, ya da tünd-bənövşəyi rəngdə olmasını müəyyənləşdirir. Təbiətdəxa0yaşıl və sarı çalarlarda da kunzit olur, ancaq belə daşlar çox nadir hallarda tapılır.
xa0
Qeyd edək ki, kunzit, sadəcə, Amerikada çıxarılmır. Kunzitin kəşfindən 8 il sonra Braziliyada kunzit yatağı aşkar edilib. Ən zəngin üçüncü kunzit yatağı isə 1970-ci ildə Əfqanıstanda tapılıb.xa0Madaqaskar da zəngin kunzit yataqları ilə seçilir.xa0
xa0
Hollivudu işığa qərq edən daş
Bərq vuran, inanılmaz dərəcədə parlaq olan kunzit qadınların ürəyini fəth edir. Elə buna görə dəxa0zinət əşyalarının hazırlanmasında bu daşdan geniş şəkildə istifadə edilir. Onun populyarlıq qazanmasında Hollivud ulduzlarının da az rolu olmayıb. Aktrisa Zoi Saldana və Kira Naytli qırmızı xalı dəvətlərinə kunzit daşından hazırlanan zinət əşyaları ilə damğa vurublar .
xa0
Ən qiymətli kunzitlər
Bu daş olduqca kövrəkdir, onu kəsib formaya salmaq çox çətindir. Daşlaxa0işləyən usta peşəkarxa0olmalıdır. Bu da kunzit qaşlı zinət əşyalarının bahalı olmasına gətirib çıxarır. Ən keyfiyyətli kunzitlər Amerikada kəsilir. Braziliya ustaları da kunziti mükəmməl formaya salmağı bacarırlar. Digər ölkələrdən çıxarılan kunzitlər belə, bu iki ölkədə kəsilib formaya salınır.
xa0
Bənövşəyiyə çalan, dolğun çəhrayı rəngli kunzitlər daha qiymətli hesab olunur. Buna baxmayaraq, kunzit çəhrayı sapfir və ya çəhrayı turmalinlə müqayisədə olduqca ucuzdur. Kaliforniyadan çıxarılmışxa0təbii kunzitin karatı 50 dollara satılır.
xa0
Şəfa mənbəyi
xa0
Kunzit, sadəcə, gözəl rənginə görə deyil, həm də insan sağlamlığına verdiyi töhfələrə görə, çox sevilir.
xa0
Qulaqlar üçün faydalıdır. Eşitmə qabiliyyətində zəifxa0olanlar kunzitə müraciət edə bilərlər. Bu daş böyrək və ağ ciyərlər üçün də faydalıdır.
xa0
Bədənin temperaturunu sabitxa0saxlayır. Ürəyə yaxşı təsir edir.
xa0
Beyin funksiyalarını gücləndirir. Beynin daha aktiv işləməyini təmin edir, zehni yorğunluğun qarşısını alır. Baş ağrılarını azaldır.
xa0
Həzm sisteminə müsbət təsir göstərir. Qan dövranını sürətləndirir. Qan xəstəliklərindən əziyyət çəkənlərə kömək olur. Gözlər üçün də faydalıdır.xa0Əzələ ağrılarını aradan qaldırmaq üçün daşı ovucunuzda 3-5 dəqiqə sıxmağınız kifayətdir.Bu daş sümük və ağ ciyər sağlamlığı üçün də əvəzedilməz rol oynayır. İmmuniteti gücləndirir.xa0Epilepsiya xəstələrinə tövsiyə edilir. Siqaret, spirtli içki, narkotik aludəçilərinin pis vərdişlərini tərgitmələrinə kömək edir.xa0Orqanizmi radiasiyadan qoruyur.
xa0
Depresiyadan xilas ol, həyata pozitiv bax!
Bu daşın insanlar arasındakı ünsiyyəti yaxşılaşdırdığı, anlaşmazlıqları aradan qaldırdığı deyilir. İnsanı həssaslaşdırır, özünə inamı artırır. Stresi və gərginliyi azaldır. Qəlbi qırılanlar, özünü tənha və köməksiz hiss edənlər kunzit sayəsində həyata daha pozitiv baxmağa başlayırlar. Kunzit insanı sakitləşdirir, dinclik bəxş edir. Kunzit daşını boyun və ya sinə bölgəsinə qoyaraqxa0ürək çakrasını açmaq, ürəklə bağlı problemləri aradan qaldırmaq olar. Tez həyəcanlanan, fikirlərini dilə gətirə bilməyənlər kunzit daşından faydalana bilərlər.
Kunzit sayəsində nifrət, qorxu, qayğı, gərginlik kimi mənfi duyğulardan xilas ola bilərsiniz.xa0Depressiyadan çıxmaq üçün kunzit ən təsirli vasitələrdən biridir.xa0İmtahanlara hazırlaşan və nəticələr barədə qayğı, stresxa0keçirən uşaqlara yaxşı təsir edir.xa0Kunziti çəhrayı kvars və çəhrayı turmalinlə birgə istifadə etdikdə, hər 3 daşın şəfalı xüsusiyyətləri daha tez təsir göstərir.
Eşq daşı
Kunzitə “eşq daşı”x9d da deyilir. Bu ad təsadüfi seçilməyib. Bu daşın eşq və sevgi bağlarını gücləndirdiyinə inanılır. Hətta sevgililərin bir-birlərinə kunzit daşlı zinət əşyaları bağışlamaları tövsiyə edilir.xa0
xa0
Hər gözəlin bir qüsuru var
Kunzitin tək qüsuru kövrək olmasıdır. Kunzit qaşlı zinət əşyaları alarkən diqqətli olmaq lazımdır. Əgər zinət əşyanızın uzunömürlü olmağını istəyirsinizsə, sırğa və boyunbağı alın. Çünki kunzit üzük və qolbaqda zərbəyə məruz qala, qırılıb tökülə bilər. Kunzitin günəşə qarşı həssas olduğunu və həddən artıq günəş işığına məruz qaldıqda rənginin solğunlaşdığını bildirən mütəxəssislər bunu da daşın qüsurlu xüsusiyyəti hesab edirlər. Əslində isə araşdırmalar göstərib ki, heç bir kimyəvi məhlula məruz qalmamış təbii kunzit illər ərzində öz parlaqlığını, sadəcə, 15 faiz itirir. Ancaq Əfqanıstan və Braziliyadan çıxarılan kunzitlərin çoxu lazer işığı ilə müalicə edildiyi, müxtəlif üsullarla daşa daha parlaq və dolğun rəng verildiyi üçün onun günəşə həssaslığı artır. Təəssüf kixa0daşın hər hansı prosesə məruz qalıb qalmadığını laboratoriyada belə müəyyənləşdirmək olmur. Odur kixa0kunziti, sadəcə, güvcəndiyiniz mənbələrdən əldə etməyiniz məsləhətdir.
xa0
Hər ehtimala qarşı kunzit daşını gündüzlər istifadə etməsəniz ,yaxşı olar. Onu xüsusi gecələrdə, şıq dəvətlərə gedərkən taxın. Beləliklə, kunzit uzun illər rəngini və parlaqlığını qoruyacaq.
xa0
Kunzit daşını necə təmizləməli?
Daşın şəfalı xüsusiyyətlərinin itməməsi üçün onu vaxtaşırı təmizləmək lazımdır. Bunun üçün kunziti axar su altında 5 dəqiqə yumaq, sirkəli və ya duzlu suyun içərisində 10 dəqiqə saxlamaq olar. Zinət əşyalarını bəzəyən kunzitləri ilə sirkəli su ilə silin.
xa0
Əqrəb bürcləri üçün əsl möcüzə
Kunzit ən çox əqrəb bürcündən olanlara təsir edir. Bu daşı üzərlərində gəzdirən əqrəblərin hər problemi həll olunur, özlərini gümrah və enerjili hiss edirlər.
xa0
Romantik Con Kennedini nakam qoyan daş
Nəhayət, növbəxa0sizi bayaqdan bəri maraqda saxlayan Con Kennedi məsələsinə gəldi. Sən demə, ABŞ-ın 35-ci prezidenti olan Con Kennedi əsl romantik imiş.xa0Onun həyat yoldaşı Jaklin (Ceki) Kennedi ilə böyük eşq yaşadığını tarixlə maraqlanan, maraqlanmayan hər kəs bilir. Ancaq Con Kennedinin həyat yoldaşı üçün aldığı kunzit daşlı üzüyün tarixçəsindən çox az adamın xəbəri var.
xa0
Con Kennedi 1963-cü ildə, oktyabr ayında, eynilə bugünkü kimi soyuq bir gündə yeni ilin yaxınlaşdığını nəzərə alaraq həyat yoldaşı Ceki Kennedi üçün xüsusi hədiyyə hazırlamağı planlaşdırır. Nyu-Yorkda məşhur zinət əşyaları brendi “Van Cleef and Arpels”x9da gedərək bir üzük sifariş edir. Bu üzüyü bir ədəd iri kunzit daşı və onu əhatələyən iyirmi ədəd kiçik almaz bəzəməli idi. Deyilənə görə, Con Kennedi Cekinin çəhrayı rəngi sevdiyini və kunzitin insana pozitiv enerji verdiyini nəzərə alaraq, üzüyün məhz bu daşla bəzədilməsini istəyib. İyirmi almaz isə Con Kennedinin həyat yoldaşı ilə keçirdiyi 10 il ilə onunla birlikdə keçirməyi arzuladığı qarşıdakı daha 10 ili təmsil edirdi.
xa0
Üzük noyabrın əvvəllərində Ağ Evə təhvil verilir. Con Kennedi Cekiyə məktub yazaraq hədiyyəsini mühafizə etmək üçün hələlikxa0katibəsinə verdiyini bildirir. Təəssüf kixa0Con Kennedi həmin üzüyü arvadına verməyə nail ola bilmir. Çünkixa0noyabrın 22-də saat 12:30-da Dallasda qətlə yetirilir.xa0Ancaq katibəsi üzüyü Ceki Kennediyə təhvil verir. Ərinin ölümündən sonra düz bir il yas tutan, dəvətlərdə iştirak etməyən və zinət əşyaları taxmayanCeki Kennedi daim ovucunda həminxa0üzüyü sıxaraq ondan mənəvi güc alır.
xa0















































































































