Qubadakı qəzada müəllimənin ölümünə səbəb olan sürücü saxlanıldı – FOTO  

Qubadakı qəzada müəllimənin ölümünə səbəb olan sürücü saxlanıldı – FOTO  

Hazırda oxunan: Qubadakı qəzada müəllimənin ölümünə səbəb olan sürücü saxlanıldı – FOTO  

98394

Qubada 41 yaşlı müəllimə Günay Fərzəliyevanın ölümünə səbəb olan sürücü, 40 yaşlı Quba sakini Süleyman Firudin oğlu Məmmədov saxlanılıb.  

Bu barədə Bizim.Media-ya DİN-nin Mətbuat Xidmətinin Quba regional bölməsinin əməkdaşı Xəyal Talıbov məlumat verib. 

Onun barəsində başlanılan cinayət işinin istintaqı davam edir.  

Sürücünün hadisə zamanı sərxoş olub olmaması,yüksək sürət və digər səbəblər araşdırılır.

Qeyd edək ki, Quba şəhərinin Vaqif küçəsində Süleyman Məmmədovun idarə etdiyi "Hundai" markalı avtomobillə yolu keçən ana və 2 oğlu vurulub. 

Nəticədə Azərbaycan dili və ədəbiyyat müəllimi olan Günay Fərzəliyeva hadisə yerində ölüb. 

Onun 2 oğlu - Əkbər və İsmayıl Fərzəliyevlər isə xəstəxanaya çatdırılıb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO