Astarada narkotik çəkən sürücülər saxlanıldı - FOTO

Astarada narkotik çəkən sürücülər saxlanıldı - FOTO

Hazırda oxunan: Astarada narkotik çəkən sürücülər saxlanıldı - FOTO

98235

Astara şəhəri ərazisində hərəkətdə olarkən qayda pozuntusuna yol verən “Vaz 21070” markalı avtomobilin sürücüsü, rayon sakini S.Eyvazov və “Vaz 21011” markalı avtomobilin sürücüsü, rayon sakini T.Əfsəlov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin nəqliyyat vasitələri saxlanılan zaman sürücülərin narkotik vasitə qəbul etməsinə dair şübhələr yaranıb və onların müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən S.Eyvazov və T.Əfsəlovun narkotik vasitədən istifadə etdikləri məlum olub.

Həmin şəxslərin barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO