Gəncədə qonşusunu öldürən şəxs SAXLANILDI

Gəncədə qonşusunu öldürən şəxs SAXLANILDI

Hazırda oxunan: Gəncədə qonşusunu öldürən şəxs SAXLANILDI

97900

Oktyabrın 6-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Anar Hüseynovun almış olduğu xəsarət nəticəsində ölməsi  barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Gəncə şəhər prokurorluğu yayıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Ramil Musayevun oktyabrın 5-i axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Anar Hüseynova kəsici-deşici alətlə xəsarət yetirib, sonuncu almış olduğu xəsarət nəticəsində qeyd edilən tarixdə ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ramil Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO