
- A-
- A
- A+
Azərbaycan bayrağına hörmətsizlik edən şəhid övladı CƏZALANDIRILDI - RƏSMİ
Bərdə Rayon İcra Hakimiyyəti Azərbaycan bayrağına hörmətsizlik edən şəxslə bağlı məsələyə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, İcra Hakimiyyətindən bildirilib ki, dövlət bayrağına qeyri-etik hərəkətlər edən şəxs Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyovdur:
“Bərdə Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılmış Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir.
Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb. Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib”.
Qeyd edək ki, hadisə Bərdədə baş verib.
Alçina Amilqızı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































