
- A-
- A
- A+
Cəmiyyət
18:57 / 25.01.2021
“2-3 gün ərzində Kürün səviyyəsi qalxacaq” - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: “2-3 gün ərzində Kürün səviyyəsi qalxacaq” - RƏSMİ AÇIQLAMA
9658
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xəbər verdiyimiz kimi, yanvar ayının 25-dək Kürün aşağı hissəsində suyun səviyyəsində 30-40 sm azalma müşahidə olunub.
Mövzunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyevlə davam etdirdik.
MÖVZU İLƏ BAĞLI:
Kür çayında suyun səviyyəsi aşağı düşüb
O, Bizim.Media-ya açıqlamasında hazırda Kür çayına tökülən çayların sağ və sol qollarında azsululuğun müşahidə olunduğunu təsdiq etdi.
Onun fikrincə, bununla əlaqədar Kürün aşağı hissəsində azalma müşahidə olunur.
“Bu, müvəqqəti hal hesab olunur. Yaxın 2-3 gün ərzində Kürün aşağı hissəsində suyun səviyyəsində nisbətən də olsa artım gözlənilir”, - deyə o, qeyd edib.
Gülşanə Mustafayeva, Bizm.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































