30 il sonra Cəbrayılda şəhid övladının məzarını görən 91 yaşlı ananın duyğulu anları - VİDEO 

30 il sonra Cəbrayılda şəhid övladının məzarını görən 91 yaşlı ananın duyğulu anları - VİDEO 

Hazırda oxunan: 30 il sonra Cəbrayılda şəhid övladının məzarını görən 91 yaşlı ananın duyğulu anları - VİDEO 

96401

91 yaşlı Əsli Həsənova şəhid olmuş oğlu Şahin Qasımovla 30 ildən sonra qovuşa bilib.

Bizim.Media xəbər verir ki, o, Cəbrayılda dəfn olunan oğlunun qəbrini ziyarət edib.

Ş. Qasımov I Qarabağ müharibəsində Cəbrayılın özünümüdafiə dəstəsində döyüşüb.

Elçin Qasımov şəhid qardaşı ilə eyni briqadada olduğunu söyləyib:

“Saat 7-də döyüş başladı və onları döyüş bölgəsinə apardılar. Şəhid olacağı ürəyinə dammışdı. Ona görə də dostları, tanışları və sinif yoldaşları ilə vidalaşdı”.
Şahin Qasımov 15 avqust 1992-ci ildə yaralı əsgər yoldaşını ərazidən çıxararkən şəhid olub.

O, Cəbrayıl rayonunun Karxulu qəbristanlığında şəhid olan əmisi oğlu mayor M.Qasımovun məzarı yanında dəfn olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO