
- A-
- A
- A+
Cəmiyyət
18:07 / 19.09.2022
Şəkidə 1 yaşlı uşağın əli ətçəkən maşında qaldı
Hazırda oxunan: Şəkidə 1 yaşlı uşağın əli ətçəkən maşında qaldı
94648
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şəki rayonunda bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonunun Cunut kənd sakini, 2021-ci il təvəllüdlü Verdiyev Xalid Cabir oğlunun sağ əli ətçəkən maşında qalıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılan körpənin əlini ətçəkən maşından çıxarmaq üçün xəstəxanaya Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.
Onun əli xilasedicilər tərəfindən ətçəkən maşından çıxarılıb. Hazırda körpənin müalicəsi xəstəxanada davam etdirilir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































